Təhlükəsizlik rəsmiləri bildirib ki, Şahid Usman və digər dörd şüphəli bu həftə Pakistanın cənubundakı liman şəhərində həbs olunub.
"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, rəsmilər onu Usmanı Əl-Qaidanın Kəraçi qolunun rəhbəri kimi qələmə verib.
Əl-Qaidə sentyabr ayında Cənubi Asiya qolunun yaradıldığını bildirib. Qrupun lideri Ayman Əl-Zəvahiri isə cihad bayrağını və islam qanunlarını Hindistan yarımadasına yayacağı ilə təhdid edib.
İnternetdə yayımlanan 55 dəqiqəlik videoda Zəvahiri deyib ki, Əl-Qaidənin yarımadadakı yeni qolu Hindistanın Qucarat, Assam, Kəşmir ştatları, Banqladeş və Burma kimi tanınan Myanmar bölgələrində müsəlmanlara qarşı haqsızlıq və zülmdən qoruyacaq.
Təhlükəsizlik məsələləri üzrə təhlilçilər Əl-Qaidənin bu addımını hazırda İraq və Suriyada böyük əraziləri ələ keçirmiş İslam Dövləti qrupundakı rolunu itirdiyinə görə atdığını ehtimal edir.