Bakı. 3 iyul. REPORT.AZ/ Pakistanın şimal-qərbində baş vermiş daşqınlar nəticəsində 43 nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Məlumata görə, güclü yağışlar Hayber-Paxtunxva vilayətinin Çitral dairəsində, şənbə axşamı başlayıb. Leysan məscidi, ordu postunu və bir neçə evi yararsız hala salıb. Habelə 40-dan çox insanın ölümünə səbəb olub. Ölənlərdən 8-i hərbçilərdir.
"Həlak olanlardan 16 nəfəri daşqının uçurduğu məsciddə dua edənlərdir" – deyə vilayətin təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə idarəsinin nümayəndəsi Latifur Rəhman bildirib. O əlavə edib ki, hazırda daşqınlardan zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları aparılır.