Bakı. 13 may. REPORT.AZ/ Pakistanın Karaçi şəhərində silahlı motosikletçi avtobusa atəş açıb. Bunun nəticəsində azı 47 nəfər həlak olub, 13 nəfər yaralanıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, polisin məlumatına görə atəş 9 mm. kalibrli tüfəngdən açılıb.
O da qeyd olunur ki, içində dindarlar olan avtobus məscidə gedirdi.