​Pakistanda avtobusla yük maşını toqquşub, 18 nəfər ölüb

​Pakistanda avtobusla yük maşını toqquşub, 18 nəfər ölüb İnsident bu gün səhər saatlarında Feysalabad şəhərində baş verib
Digər ölkələr
13 Aprel , 2016 05:46
​Pakistanda avtobusla yük maşını toqquşub, 18 nəfər ölüb

Bakı. 13 aprel. REPORT.AZ/ Pakistanın şimal-şərqində yerləşən Pəncab əyalətində yük maşını ilə avtobusun toqquşması nəticəsində ən azı 18 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

İnsident çərşənbə günü səhər Feysalabad şəhərində baş verib. Sadiqabad şəhəri istiqamətində hərəkətdə olan avtobusda qəza zamanı 50-dən çox adam olub.

Polisin məlumatına görə, avtobus sürücüsü sürət həddini aşıb və bu da yol qəzasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi