​Pakistanda avtobus partladılıb, 15 dövlət qulluqçusu həyatını itirib

​Pakistanda avtobus partladılıb, 15 dövlət qulluqçusu həyatını itirib Həmçinin onlarla yaralının olduğu bildirilir
Digər ölkələr
16 Mart , 2016 08:32
​Pakistanda avtobus partladılıb, 15 dövlət qulluqçusu həyatını itirib

Bakı. 16 mart. REPORT.AZ/ Pakistanın şimal-qərbində avtobusun partlaması nəticəsində ən azı 15 hökumət işçisi həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, insident çərşənbə günü səhər, avtobus Mərdan şəhərindən Xeybər-Paxtunxva əyalətinin inzibati mərkəzi olan Peşavara gedərkən baş verib.

Həmçinin onlarla yaralının olduğu bildirilir.

"Dawn" nəşri partlayıcı qurğunun avtobusun içində quraşdırıldığını yazır.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir terror təşkilatı öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi