Pakistanda 500-ə yaxın terrorçu edam ediləcək

Pakistanda 500-ə yaxın terrorçu edam ediləcək Təqsirləndirilən şəxslər bir müddət əvvəl məhkəmə tərəfindən ən ağır cəzaya məhkum ediliblər
Digər ölkələr
22 Dekabr , 2014 15:43
Pakistanda 500-ə yaxın terrorçu edam ediləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ Pakistanda bir neçə həftə ərzində ən ağır cəzaya məhkum edilən 500-ə yaxın terrorçu edam ediləcək. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Çoudri Nisar Əli Xan bildirib. 

Dekabrın 17-də Pakistanın baş naziri Nəvaz Şərif ölkədə 2008-ci ildən qüvvədə olan ölüm cəzası ilə bağlı moratoriumu aradan qaldırıb. Bu qərar "Təhrik-i-Taliban Pakistan" qruplaşması yaraqlılarının dekabrın 16-da Peşəvar şəhərinin (Heybər-Pantunxva əyaləti) orta məktəblərinin birinə hücumundan sonra qəbul edilib. 

Terror aktında 130-u uşaq olmaqla 148 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi