​Pakistanda 37 nəfər qasırğanın qurbanı olub

​Pakistanda 37 nəfər qasırğanın qurbanı olub 24 saat ərzində ölkənin bir neçə şəhərində qasırğanın davam edəcəyi proqnozlaşdırılır
Digər ölkələr
27 Aprel , 2015 09:34
​Pakistanda 37 nəfər qasırğanın qurbanı olub

Bakı. 27 aprel. REPORT.AZ/ Pakistanın şimalında - Xeybər-Paxtunxva əyalətində baş verən qasırğa nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda yerli rəsmilər bildirib.

Məlumata görə, yaralananların sayı 200 nəfərdən çoxdur.

Burada külək saatda 120 km sürətlə əsib.

Malakənd, Peşəvar və Xazar şəhərlərində 24 saat ərzində qasırğanın davam edəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi