Bakı. 23 Avqust. REPORT.AZ/ Hindistan və Pakistan arasında sülh danışıqları tərəflərin barışmaz mövqeyi səbəbindən dayandırılıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Pakistan dialoqun ləğv olunması haqqında qərarı Hindistanın xarici işlər naziri Suşma Svaracın "pakistanlılar gündəliyi genişləndirməməli və ora Kəşmir məsələsini daxil etməməlidirlər" deməsindən sonra qəbul edib.
"Biz qərara gəldik ki, milli təhlükəsizlik müşavirləri səviyyəsində təklif olunan danışıqların heç bir hədəfi olmayacaq", — deyə Pakistan
Hind məmurlarının fikrincə, iki ölkə arasında danışıqlarda yalnız terrorçuluq təhlükəsi məsələləri müzakirə olunmalı idi.
Pakistan hesab edir ki, Hindistanın görüşdə hansı məsələlərin müzakirə edilməli olduğuna birtərəfli qaydada qərar vermək haqqı yoxdur.