​Pakistan hərbçiləri 50-yə yaxın terrorçunu məhv edib

​Pakistan hərbçiləri 50-yə yaxın terrorçunu məhv edib Əməliyyat nəticəsində "Taliban"ın bir neçə düşərgəsi, silah və ərzaq anbarı məhv edilib
Digər ölkələr
23 Aprel , 2015 12:15
​Pakistan hərbçiləri 50-yə yaxın terrorçunu məhv edib

Bakı. 23 aprel. REPORT.AZ/ Pakistan Hərbi Hava Qüvvələrinin iki günlük zərbələri nəticəsində "Taliban" qruplaşmasının azı 47 silahlısı öldürülüb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu haqda Pakistanın hərbi komandanlığı məlumat yayıb. 

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında, Şimali Vəziristan rayonunda terrorçuların mövqeyinə hava zərbələri endirilib.

Xəbərdə bildirilib ki, əməliyyat nəticəsində "Taliban"ın bir neçə təlim düşərgəsi, silah və ərzaq anbarı məhv edilib. 

Son xəbərlər

Orphus sistemi