Bakı. 3 fevral. REPORT.AZ/ Pakistan hava şirkəti daxili istiqamətlərə və xarici ölkələrə bütün uçuşları təxirə salıb.
"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Məlumata görə, Pakistan hökuməti "Pakistan Hava Yolları"nı özəlləşdirmək istəyir. Şirkətin işçiləri buna etiraz olaraq tətilə başlayıblar.
Xəbərə əsasən, Karaçi şəhərində müəssisə əməkdaşlarının keçirdikləri nümayiş zamanı polislə aksiya iştirakçıları arasında baş verən toqquşma nəticəsində iki etirazçı ölüb.
Polis bildirib ki, etirazçılar beynəlxalq hava limanını mühasirəyə almağa cəhd göstəriblər: "Aksiya dağıdılan zaman iki nəfər ölüb".
Məlumata görə, Pakistanın müxtəlif şəhərlərində hava şirkətinin özəlləşdirliməsinə etiraz aksiyası keçirilir.