​Pakistan 6 dinc sakinin ölümü ilə bağlı Hindistana nota verib

​Pakistan 6 dinc sakinin ölümü ilə bağlı Hindistana nota verib Hindistanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb
Digər ölkələr
28 Avqust , 2015 19:11
​Pakistan 6 dinc sakinin ölümü ilə bağlı Hindistana nota verib

Bakı. 28 avqust. REPORT.AZ/ Pakistan hökuməti Kəşmirdə baş verən atışma nəticəsində 6 nəfərin ölümü ilə bağlı Hindistana sərt etirazını bildirib.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, Hindistanın Pakistandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona baş verən hadisə ilə bağlı etraz notası təqdim edilib.

Ötən gecə Pakistan-Hindistan sərhədində atışma baş verib. Hindistan tərəfi hadisə nəticəsində 3 nəfərin öldüyünü, 16 nəfərin isə yaralandığını bildirmişdi.

Pakistan rəsmiləri isə Cammu və Kəşmir ərazisindən açılan atəş nəticəsində Pakistanın 6 dinc vətəndaşının həyatını itirdiyi haqda məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi