​Özbəkistanla Tacikistan arasında aviasiya reysləri bərpa olunur

​Özbəkistanla Tacikistan arasında aviasiya reysləri bərpa olunur İki ölkə arasında bu sahədə əlaqə siyasi məsələlər səbəbindən 22 ildir kəsilib
Digər ölkələr
25 Fevral , 2015 10:14
​Özbəkistanla Tacikistan arasında aviasiya reysləri bərpa olunur

Bakı. 25 fevral. REPORT.AZ/ Özbəkistan Hava Yolları şirkəti Tacikistan paytaxtı Düşənbənin Beynəlxalq Hava limanının ünvanına xidmət haqqı ilə bağlı təkliflərini göndərməyi istəyib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu haqda Düşənbə hava limanının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, cari ilin martından Daşkənd-Düşənbə-Daşkənd aviareysləri bərpa olunacaq. Bu əlaqə iki dövlət arasında münasibətlərin normallaşdırılmasının ilkin əlaməti kimi də dəyərləndirilir.

İki ölkə arasında aviasiya əlaqəsi siyasi məsələlər səbəbindən 1993-cü ildən kəsilib.

Son xəbərlər

Orphus sistemi