​Özbəkistan Qırğızıstan ilə sərhədə qoşun yeridib

​Özbəkistan Qırğızıstan ilə sərhədə qoşun yeridib Qırğızıstan buna cavab olaraq sərhəd-buraxılış məntəqələrini bağlayıb
Digər ölkələr
19 Mart , 2016 08:43
​Özbəkistan Qırğızıstan ilə sərhədə qoşun yeridib

Bakı. 19 mart. REPORT.AZ/ Özbəkistan ən azı iki sərhəd-buraxılış məntəqəsində Qırğızıstandan ölkəyə girişi birtərəfli qaydada dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Özbəkistan martın 18-də Qırğızıstanla mübahisəli Ala-Buka rayonu ərazisinə onlarla əsgər, iki BTR və iki hərbi yük maşını yerləşdirib.

Öz növbəsində, Qırğızıstan üç sərhəd-buraxılış məntəqəsində Özbəkistandan ölkəyə girişi bağlayıb, həmçinin özbək sərhədçiləri ilə danışıqlar aparmağa təşəbbüs göstərib.

Son xəbərlər

Orphus sistemi