Omskda qaldıqırıcı kran aşıb: 3 şübhəli saxlanılıb

Omskda qaldıqırıcı kran aşıb: 3 şübhəli saxlanılıb Rusiyanın Omsk şəhərində tikinti kranınln aşması nəticəsində dörd nəfər ölüb
Digər ölkələr
27 Oktyabr , 2015 19:00
Omskda qaldıqırıcı kran aşıb: 3 şübhəli saxlanılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyanın Omsk şəhərində tikinti kranınln aşması nəticəsində dörd nəfər ölüb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları təhlükəsizlik qaydalarının pozulmasına görə üç nəfər şübhəli şəxs qismində saxlayıb.

Kran aşan zaman qurğunun kabinasında olan işçisi xəstəxanaya çatdırılaraq əməliyyat olunduqdan sonra sabit ağır vəziyyətdədir.

İstintaq komitəsinin ilkin rəyinə görə, faciə tikinti şirkətinin yol verdiyi səhlənkarlıq nəticəsində mümkün olub.

Belə ki, tikinti şirkəti tərəfindən krana mütəmadiı olaraq profilaktiki məqsədlə texniki baxış keçirlməyib, İstintaq Komitəsinin rəyində qeyd olunub.

Hazırda zərərçəkənlərdən iki nəfər - oğlan uşağı və krançı xəstəxanada qalmaqdadırlar.

Son xəbərlər

Orphus sistemi