Oman sahillərində Hindistanın yük gəmisi batıb

Oman sahillərində Hindistanın yük gəmisi batıb Gəmidə 69 nəqliyyat vasitəsi, böyük təkər və mühərrik yağı partiyası olub
Digər ölkələr
27 Avqust , 2016 22:42
Oman sahillərində Hindistanın yük gəmisi batıb

Bakı. 27 avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərindən kommersiya yükü partiyası daşıyan Hindistan gəmisi həddindən artıq yüklənməsi səbəbindən Omanın Calan Bani Buali əyaləti sahillərində batıb, bərənin 11 nəfərdən ibarət heyət üzvü xilas edilib.

"Report" xəbər verir ki, bu barədə Hindistanın milli NDTV telekanalı məlumat yayıb.

Yük gəmisi BƏƏ-nin Şarcə limanından 69 nəqliyyat vasitəsi, böyük təkər və mühərrik yağı partiyası, həmçinin qida məhsulları daşıyırmış.

Son xəbərlər

Orphus sistemi