Olland: "Fransa İraqdakı hərbi əməliyyatlarda daha yaxından iştirak edə bilər"

Olland: "Fransa İraqdakı hərbi əməliyyatlarda daha yaxından iştirak edə bilər" Fransa “Charles de Gaulle” təyyarədaşıyanını Fars körfəzinə göndərir
Digər ölkələr
15 Yanvar , 2015 07:51
Olland: Fransa  İraqdakı hərbi əməliyyatlarda daha yaxından iştirak edə bilər

BAKI. 15 yanvar. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Aralıq dənizində lövbərlənmiş “Charles de Gaulle” nüvə təyyarədaşıyanının göyərtəsində çıxış edərək bildirib ki, bu gəmi İslam Dövlətinə qarşı döyüşmək məqsədilə əməliyyatlar bölgəsinə göndərilir.

"Report" Azadlıq Radosuna istinadla xəbər verir ki, Olland hesab edir ki, hazırda Yaxın Şərqdə yaranmış vəziyyət gəminin bu bölgədə olmasını tələb edir.

O bəyan edib ki, təyyarədaşıyan əsasən kəşfiyyatla məşğul olacaq, lakin lazım gələrsə, İraqdakı hərbi əməliyyatlarda daha yaxından iştirak edə bilər.

Hollande 2013-cü ildə Fransanın təşəbbüsü ilə Suriyaya hərbi müdaxilə edilməməsinə görə təəssüfləndiyini bildirib.

O izah edib ki, əgər o vaxt Parisin təklif etdiyi kimi Suriyaya hərbi müdaxilə olunsaydı, indi ordakı zorakılıqlar baş verməz, ekstremistlərin torpaqları zəbt etməsinin qarşısı alınmış olardı.

Hazırda Fransanın 15 qırıcı təyyarəsi Birləşmiş Ərəb Əmirliklərindən və İordaniyadan İraqdakı İslam Dövləti təşkilatının obyektlərinin vurulmasında iştirak edir.

Son xəbərlər

Orphus sistemi