​Odessa restoranlarının birində partlayış baş verib

​Odessa restoranlarının birində partlayış baş verib Partlayışın gücü təxmin 450-600 qram trotil ekvivalentində qiymətləndirilir
Digər ölkələr
2 İyul , 2015 12:35
​Odessa restoranlarının birində partlayış baş verib

Bakı. 2 iyul. REPORT.AZ/ İyulun 2-nə keçən gecə Odessanın "U anqelov" ("Mələklərin yanında") restoranında partlayış baş verib. "Report" Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, əldə düzəldilmiş partlayıcı qurğu "elektrik üsulu" ilə işə salınıb.

Partlayışın gücü təxminən 450-600 qram trotil ekvivalentində qiymətləndirilir.

Hadisə nəticəsində heç kim zərər çəkməyib, lakin restoranın qapıları və binanın fasadı zədələnib. Həmçinin restoranın yuxarı mərtəbələrində yerləşən mənzillərdə və yaxınlıqdakı kafedə pəncərə şüşələri qırılıb.

Partlayışla əlaqədar "Terror aktı" maddəsi ilə cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi