Obama: Zəhmətkeş amerikalılar layiq olduqları təqaüdlə təmin edilməlidir

Obama: Zəhmətkeş amerikalılar layiq olduqları təqaüdlə təmin edilməlidir "Orta sinfə mənsub ailələrin ömrü boyu işləyib qənaət etdiyi pulları itirməsinə yol verilməməlidir"
Digər ölkələr
28 Fevral , 2015 20:40
Obama: Zəhmətkeş amerikalılar layiq olduqları təqaüdlə təmin edilməlidir

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama orta sinfin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına çalışdığını deyərək, zəhmətkeş amerikalıların layiq olduqları təqaüdlə təmin edilməli olduğunu bildirib.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, Amerka xalqına həftəlik müraciətində Obama deyib ki, maliyyə məsləhətçilərinin böyük hissəsi müştərilərin gələcəyini prioritet məsələ hesab etsə də, müştəriləri uğursuz investisiyalara sövq edənlər də var.

Prezident Obama bildirib ki, məhz bu səbəbə görə o bu həftənin əvvəli Əmək Departamentini qaydalara düzəlişlər edərək, təqaüd məsələləri üzrə məsləhətçilərin müştərilərin maraqlarını bütünlüklə nəzərə almasını tələb etməsini istəməyə çağırıb.

ABŞ prezidenti deyib ki, orta sinfə mənsub ailələrin ömrü boyu işləyib qənaət etdiyi pulları itirməsinə yol verilməməlidir.

Obamanın bildirdiyinə görə, uğursuz maliyyə məsləhətləri orta sinfə mənsub ailələrin ildə 17 milyard dollar itirməsi ilə nəticələnir

Son xəbərlər

Orphus sistemi