Obama Twitter-də mikrobloq açıb

Obama Twitter-də mikrobloq açıb Obamanın hesabına 22 mindən çox istifadəçi abunə olub.
Digər ölkələr
18 May , 2015 21:57
Obama Twitter-də mikrobloq açıb

Bakı. 18 May. REPORT.AZ/ ABŞ dövlət başçısı Barak Obama "Twitter" mikrobloqlar sistemində öz adına hesab yaradıb. " Report" Lenta.Ru-ya istinadən xəbər verir ki, artıq Barak Obamanın hesabına 22 mindən çox istifadəçi abunə olub.

"Twitter.com/POTUS" adlanan hesabda Obama ilk mesajını da yerləşdirib:"Salam, Twitter. Bu Barakdır. Həqiqətən də! 6 ildir vəzifədə və nəhayət ki, mənim də öz adıma hesabım oldu". Ağ Ev başçısı özü isə "Twitter" mikrobloqlar xidmətində 65 bloq oxuyur.

Qeyd edək ki, POTUS sözü Barak Obamanın vəzifəsinin ilk hərflərindən yaradılıb (President of the United States).

Son xəbərlər

Orphus sistemi