Obama: “Suriyada atəşkəsə nail olmaq asan deyil”

Obama: “Suriyada atəşkəsə nail olmaq asan deyil” "Suriya münaqişəsi ancaq siyasi yollarla həll oluna bilər"
Digər ölkələr
17 Fevral , 2016 06:15
Obama: “Suriyada atəşkəsə nail olmaq asan deyil”

Bakı. 17 fevral. REPORT.AZ/ “Suriya münaqişəsi ancaq siyasi yollarla həll oluna bilər. Bunun üçün isə ilk növbədə Münhində əldə olunan razılaşmalara əməl olunmalıdır”

“Report”un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri ABŞ prezidenti Barak Obama mətbuat konfransında səsləndirib.

Ağ Evin başçısı qeyd edib ki, Suriyada atəşkəsə nail olmaq asan iş deyil, ancaq tərəflər bu istiqamətdə addım atmalıdır.

Obama, həmçinin, Rusiyaya səslənərək qeyd edib ki, Bəşşar Əsəd ilə əməkdaşlıq Moskvaya heç bir qazanc gətirmir. Bu səbəbdən də Rusiya tərəfi rəsmi Dəməşqə verdi dəstəkdən imtina etməlidir.

Son xəbərlər

Orphus sistemi