​Obama Şimali Koreyaya qarşı yeni sanksiyaları təsdiq edib

​Obama Şimali Koreyaya qarşı yeni sanksiyaları təsdiq edib Bu qərar KXDR-nın nüvə və raket proqramı ilə bağlı qəbul olunub
Digər ölkələr
19 Fevral , 2016 01:15
​Obama Şimali Koreyaya qarşı yeni sanksiyaları təsdiq edib

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi və sərtləşdirilməsini nəzərdə tutan qanun imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu qərar Koreya Xalq Demokratik Respublikasının nüvə və raket proqramı ilə bağlı qəbul olunub.

ABŞ-ın yeni qadağaları Şimali Koreyaya kütləvi qırğın silahları yaratmaq imkanı verən texnologiyaların daşınmasını bu və ya digər şəkildə dəstəkləyən fiziki və hüquqi şəxslərə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi