​Obama Səudiyyə Ərəbistanında insan haqları ilə bağlı narahatlığını bildirib

​Obama Səudiyyə Ərəbistanında insan haqları ilə bağlı narahatlığını bildirib Prezident bunun ABŞ üçün vacib olduğunu dilə gətirib
Digər ölkələr
20 Aprel , 2016 23:29
​Obama Səudiyyə Ərəbistanında insan haqları ilə bağlı narahatlığını bildirib

Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ilə Ər-Riyadda görüşü zamanı krallıqda insan haqları ilə bağlı məsələyə toxunub.

"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

"Onlar bütün region ölkələrinə təsir edən siyasi, iqtisadi və sosial çağırışları və insanların siyasi və iqtisadi gözləntilərinə daha yaxşı uyğun olması üçün hökumətin ata biləcəyi addımları müzakirə ediblər. Prezident insan haqları ilə bağlı narahatçılığını bildirib və bunun Birləşmiş Ştatlar üçün vacib olduğunu qeyd edib", — deyə Ağ evin məlumatında vurğulanıb.

İctimai təşkilatlar krallıqda dini azlıqların təqib olunması, qadınların hüquqlarının məhdudlaşdırılması, homoseksualların cinayət məsuliyyətinə cəlb olunması və hazırkı hakimiyyətə qarşı çıxanlar da daxil olmaqla cinayətkarlar edam edildiyi bir halda Səudiyyə Ərəbistanı ilə müttəfiq münasibətlərinə görə Ağ evi tənqid ediblər.

ABŞ prezidenti Barak Obama çərşənbə günü "ABŞ-Fars körfəzi" sammitində iştirak etmək üçün Ər-Riyada səfər edib.

Son xəbərlər

Orphus sistemi