Obama: "Rusiyanın koalisiyası İran və Əsəddən ibarətdir"

Obama: "Rusiyanın koalisiyası İran və Əsəddən ibarətdir" Barak Obama Rusiyanın Suriyadakı hərbi müdaxiləsini şərh edib.
Digər ölkələr
3 Oktyabr , 2015 07:16
Obama: Rusiyanın koalisiyası İran və Əsəddən ibarətdir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiyanın Suriyadakı hərbi müdaxiləsini şərh edən Prezident Barak Obama bildirib ki, İran və Prezident Əsəd bütöv Rusiya koalisiyasını təşkil etdikləri halda, dünyanın yerdə qalan hissəsi ABŞ-n tərəfindədir.

“Hazırda İran və Əsəd cənab Putinin koalisiyasını təşkil edən yeganə tərəflərdir. Dünyanın yerdə qalan hissəsi bizim tərəfimizdədir. Onların strategiyası bizi azdırmır.”, - deyən Ağ Ev başçısı Vladimir Putinin müdaxiləsini zəiflikdən doğan ölçü kimi gördüyünü bildirib.

Prezident Obama Rusiyanın İŞİD-i məğlub etməyin mühümlüyünü dərk etməsi fikri ilə razılaşdığını bildirsə də Moskvanın İŞİD-lə Əsədin getməsini istəyən müxalifət qüvvələri arasında fərq qoymadığını bildirib.

O, əlavə edib ki, Rusiyanın hava zərbələri Suriya xalqını və ümumilikdə Yaxın Şərqin sünni icmasını qəzəbləndirəcək.

“Putinin bu addımları ölkə daxilində onun reytinqlərini artırıb, amma bu, Rusiya üçün ağıllı strateji addım deyil,” deyə Prezident Obama bəyan edib.

Son xəbərlər

Orphus sistemi