​Obama: "Rusiya ABŞ-ın sayəsində təcrid vəziyyətinə düşüb"

​Obama: "Rusiya ABŞ-ın sayəsində təcrid vəziyyətinə düşüb" ABŞ prezidenti Konqresdə çıxışı zamanı Ukraynanı dəstəklədiyini bildirib
Digər ölkələr
21 Yanvar , 2015 07:26
​Obama: Rusiya ABŞ-ın sayəsində təcrid vəziyyətinə düşüb

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqres qarşısında çıxışı zamanı Ukrayna hökumətini dəstəklədiyini və rusiyayönlü yaraqlıların təcavüzü nəticəsində Rusiyanın təcrid vəziyyətinə düşdüyünü bildirib.

"Report" xəbər verir ki, Obamanın sözlərinə görə, Rusiya təcrid vəziyyətindədir və bu, öz siyasətini hücum etməklə deyil, dayanıqlı təzyiq vasitəsi ilə aparan ABŞ-ın liderliyi sayəsindədir.

Bundan əvvəl ABŞ prezidenti qeyd edib ki, ölkə iqtisadiyyatı 1999-cu ildən ən yüksək artım səviyyəsinə çatıb.

Son xəbərlər

Orphus sistemi