Obama NATO və Rusiya arasında müharibə ehtimallarına münasibət bildirib

Obama NATO və Rusiya arasında müharibə ehtimallarına münasibət bildirib ABŞ prezidenti Alyans və Rusiya arasında hərbi qarşıdurma ehtimalını inkar edib
Digər ölkələr
29 Sentyabr , 2014 12:26
Obama NATO və Rusiya arasında müharibə ehtimallarına münasibət bildirib
Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama NATO və Rusiya arasında hərbi qarşıdurma ehtimalını inkar edib. "Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı fikirlərini Amerikanın CBS telekanalına müsahibəsində bildirib. 

Hərbi münaqişənin olub-olmayacağı ilə bağlı suala Obama belə cavab verib: "Xeyr, mən düşünmürəm ki, Rusiya və NATO arasında hərbi qarşıdurma olacaq".

O əlavə edib ki, ABŞ Qərbi Avropada alyansın müttəfiqlərini sakitləşdirmək üçün "çox iş görüb". 

Obama xatırladıb ki, Şimali Atlantika Müqaviləsinin beşinci maddəsinə əsasən, alyansın üzvlərindən birinə hücum edildiyi halda digər müttəfiqlər hərbi yardım etməyə borcludur. "Və Putin bunu dərk edir" - deyə, ABŞ prezidenti əlavə edib. 

Obama həmçinin Rusiyaya qarşı tətbiq olunan və bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərən sanksiyaların əhəmiyyətini də qeyd edib. 

ABŞ-ın prezidenti vurğulayıb ki, o, Rusiyanın bu cür siyasətinin "çıxılmaz vəziyyət olduğunu" dəfələrlə bildirib. Obama hesab edir ki, Moskva beynəlxalq hüquq normalarına riayət etməyə cəhd göstərməlidir. Prezidentin fikrincə, bu, həm Rusiya, həm də Avropa xalqları üçün ən yaxşı addım olacaq. 

Son xəbərlər

Orphus sistemi