Obama: “Krımın anneksiyası ilə Rusiya qazanmayıb, itirib"

Obama: “Krımın anneksiyası ilə Rusiya qazanmayıb, itirib" "Torpaq parçasının fəth edilməsinin dövlətin qüdrətinin göstəricisi sayıldığı dövrlər arxada qalıb"
Digər ölkələr
1 Fevral , 2015 20:05
Obama: “Krımın anneksiyası ilə Rusiya qazanmayıb, itirib

Bakı. 1 fevral. REPORT.AZ/ “Krımın anneksiyası ilə Rusiya nə isə qazanmayıb, əksinə itirib. Hansısa torpaq parçasının fəth edilməsinin dövlətin qüdrətinin göstəricisi sayıldığı dövrlər arxada qalıb. İndi dövlətin gücü onun intellektual səviyyəsi, bacarığı, mal və məhsul ixracı, yeni xidmət və məhsulların ixtirası ilə ölçülür”.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, ABŞ prezidenti Barack Obama bunu CNN-ə müsahibəsində Rusiyanın Ukraynaya qarşı təcavüz siyasətinin davam etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkə üçün ağır olsa da, Putin Ukrayna ilə bağlı siyasətini dəyişməyib, əksinə Ukrayanın şərqində rusiyameylli separatçılar aktivləşib. Putin üzdə sülhdən danışsa da, hərəkətləri başqa şeydən xəbər verir. Obama hesab edir ki, Putin Qərbin Ukraynada hakimiyyət keçidini təmin etməsi ilə barışa bilmir və və o zamandan bəri beynəlxalq normalara zidd qərarlar verir.

ABŞ prezidenti deyib ki, onun ölkəsinin Rusiya ilə hərbi münaqişəyə girməsi müdrik hərəkət olmazdı. Amma ABŞ Ukraynaya təcavüzünü davam etdirən Rusiyanın buna görə daha çox təzyiq altına düşməsi üçün fəaliyyətini davam etdirəcək. Üstəlik də Rusiya ilə həmsərhəd NATO ölkələrini gücləndirəcək ki, Rusiya qırmızı xətti keçəcəyi təqdirdə buna hərbi cavab veriləcəyini anlasın.

Son xəbərlər

Orphus sistemi