​Obama: "İstanbuldakı terror aktı bütün dünya ictimaiyyətinə qarşı yönəlib"

​Obama: "İstanbuldakı terror aktı bütün dünya ictimaiyyətinə qarşı yönəlib" Prezident terror aktı ilə bağlı başsağlığı verib
Digər ölkələr
30 İyun , 2016 05:38
​Obama: İstanbuldakı terror aktı bütün dünya ictimaiyyətinə qarşı yönəlib

Bakı. 30 iyun. REPORT.AZ/ İstanbul hava limanında 40-dan çox insanın ölümünə səbəb olan terror aktı bütün dünya ictimaiyyətinə qarşı yönəlib.

"Report" xəbər verir ki, bunu çərşənbə günü ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı bildirib.

"Prezident (Obama) İstanbulun hava limanında törədilən terror aktı ilə bağlı başsağlığı vermək və ABŞ-ın Türkiyə ilə həmrəy olduğunu təsdiq etmək üçün prezident Ərdoğan ilə telefonda danışıb", — deyə Ağ evin bununla bağlı bəyanatında bildirilir.

Qeyd olunur ki, Obama martda Brüsseldə olduğu kimi, bu terror aktının da dünya ictimaiyyətinə qarşı hücum olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi