Obama: İŞİD-ə qarşı mübarizə səyləri ikiqat artırılacaq

Obama: İŞİD-ə qarşı mübarizə səyləri ikiqat artırılacaq ABŞ prezidenti bu açıqlamaları Böyük 20-lərin sammitinin açılışında verib
Digər ölkələr
15 Noyabr , 2015 20:03
Obama: İŞİD-ə qarşı mübarizə səyləri ikiqat artırılacaq

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Parisdə terror aksiyalarından sonra hücumu törədənlərin tapılmasında Fransaya yardım göstərməyə söz verib və "İŞİD" qruplaşmasına qarşı mübarizə səylərini ikiqat artıracağını deyib.

Prezident Obama bu açıqlamaları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Antalyada Böyük 20-lərin sammitinin açılışında görüşü zamanı verib.

"Biz Suriyada din keçidə nail olmaq və Paris, Ankara və dünyanın başqa yerlərində insanlara bu qədər acı və ağrılar gətirən İŞİD-in məhv edilməsində koalisiyanın digər üzvlərilə birgə səyləri ikiqat artıracağıq"-deyə Obama bildirib.

Obama Fransa ilə həmrəylik bildirib və cümə günü axşam Parsdə koordinasiya edilmiş hücumları qınayıb.

"Təhrif edilmiş ideologiyaya görə günahsız insanların qətli təkcə Fransaya, Türkiyəyə hücum deyil, bütün sivil dünyaya hücumdur" deyən prezident Obama bununla Ankarada keçən ay 100-dən çox adamın ölümülə nəticələnmiş qoşa bomba hücumlarını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi