Bakı. 3 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı danışıqların müsbət nəticə verəcəyinə şübhə ilə yanaşdığını deyib.
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Ev başçısı bildirib ki, rəsmi Tehran çətin ki yekun razılaşmanın tələblərinə cavab versin.
"Biz İranın həqiqətən də müzakirələrin sonunda razılaşma sənədini imzalayacağına şübhə edirik. Həmçinin, İranın nüvə obyektlərində beynəlxalq müşahidəçilərin monitorinqinə icazə verilib verilməməsi aydın deyil", - deyə B. Obama vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Tehrandan nüvə proqramının ən azı 10 il müddətinə dayandırılmasını tələb edir.