ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb - YENİLƏNİB

ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb - YENİLƏNİB i Federika Moqerini də sanksiyaların ləğvi xəbərini təsdiqləyib
Digər ölkələr
17 Yanvar , 2016 02:05
ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb - YENİLƏNİB

Bakı. 17 yanvar. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini İran üzərindən sanksiyaların götürüldüyünü bəyan edib. Bu barədə "Report" RIA "Novosti" agentliyinə istinadən xəbər verir.

“İran qarşı tətbiq olunan iqtisadi və maliyyə sanksiyaları götürülüb”, - deyə Mogerini qeyd edib. 

Onun sözlərinə görə, bununla bağı yazılı prosedur artıq başa çatıb.

Müvafiq qərar Aİ-nin rəsmi jurnalında dərc olunub və qərar qüvvəyə minib.

***01.35

Bakı. 17 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq olunan sanksiyaların ləğvinə dair sərəncam imzalayıb.

"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, qərarı şərh edən Birləşmiş Ştatların dövlət katibi Con Kerri xatırladıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramını məhdudlaşdırmasına dair son hesabatında rəsmi Tehranın öz öhdəliklərinə əməl etdiyi bildirilir.

İranın üçüncü dövlətlərlə neft ticarətinə dair qadağa da ABŞ tərəfindən ləğv olunub.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də sanksiyaların ləğvi xəbərini təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi