Obama Guantanamo məhbusları ilə bağlı qanun layihəsini veto edəcək

Obama Guantanamo məhbusları ilə bağlı qanun layihəsini veto edəcək Guantanamoda tutulan 122 məhbusun gələcəyi sual altındadır
Digər ölkələr
13 Fevral , 2015 06:44
Obama Guantanamo məhbusları ilə bağlı qanun layihəsini veto edəcək

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Kubada yerləşən Guantanamo hərbi bazasında tutulan məhbusların digər təcridxanalara vəya üçüncü ölkələrə köçürülməsini qadağan edən qanun layihəsini veto edəcəyini bildirib.

"Report"un BBC-yə istinadla verdiyi xəbərə görə, Ağ Ev başçısı bildirib ki, hazırda Senatda müzakirə olunan bu sənədi dəstəkləməyəcək.

Qeyd edək ki, Obama administrasiyası daha əvvəl Guantanamoda tutulan bir grup məhbusun digər ölkələrə göndərilməsinə müvəffəq olmuşdu. Ancaq problem bütövlüklə həll olunmamış olaraq qalır. Çünki ABŞ Konqresi təcridxanada qalan məhbusların nə mühakimə olunmasına nə də ABŞ-daki digər həbsxanalara köçürülmısinə icazə vermir.

Beləliklə, hazırda Guantanamoda tutulan 122 məhbusun gələcəyi sual altındadır. 

Son xəbərlər

Orphus sistemi