Obama: "Əfqanıstanda sülh yalnız hökumətlə taliblər arasındakı razılaşma ilə mümkündür"

Obama: "Əfqanıstanda sülh yalnız hökumətlə taliblər arasındakı razılaşma ilə mümkündür" "Taliban" hələ də Əfqanıstanın təhlükəsizliyi üçün təhlükə törədir
Digər ölkələr
6 İyul , 2016 19:23
Obama: Əfqanıstanda sülh yalnız hökumətlə taliblər arasındakı razılaşma ilə mümkündür

Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Əfqanıstan probleminin həlli yolunu açıqlayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ prezidenti bu ölkədəki münaqişənin sülh yolu ilə həlli vacibliyini diqqətə çatdırıb.

ABŞ prezidenti hesab edir ki, Əfqanıstan hökuməti ilə Taliban arasındakı siyasi proses münaqişənin həlli üçün yeganə üsuldur: "Bu münaqişənin həllinin yeganə üsulu ilə Əfqanıstan hökuməti arasında taliblər arasında davamlı razılaşmanın əldə edilməsidir".

O, vurğulayıb ki, ABŞ bu prosesi dəstəkləyir. Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, "Taliban" əvvəlki kimi Əfqanıstanın təhlükəsizliyi üçün  təhlükə törədir.

Son xəbərlər

Orphus sistemi