Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə gedib

Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə gedib Obama Baltimor şəhərində İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb
Digər ölkələr
3 Fevral , 2016 23:00
Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə gedib

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Amerikada məscidi ziyarət edərək, Baltimor şəhərində İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb.

"Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Obama müsəlman amerikalıların narahatlıqlarını müzakirə etmək və onların fikirləri ilə tanış olmaq məqsədilə dəyirmi masa söhbətində iştirak edib.

Obama, amerikalıları irqi və dini ayrıseçkiliyi rədd etməyə çağırıb. Quruluşundan bu yana ABŞ-ın bir parçası olan müsəlmanların, hüquq-mühafizə, xüsusi xidmət və orduda vəzifə alaraq bu ölkəni etibarda tutmaq üçün çalışdığına işarə edən Obama, müsəlmanların ölkənin azadlığı uğrunda mübarizə apardığını qeyd edib.

ABŞ prezidentinin məscidə ilk ziyarətinin səbəbi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır.

Ağ Evin sözçüsü bildirib ki, prezident Obama bundan öncə xarici ölkələrə səfərləri zamanı məscidləri ziyarət edib.

Son xəbərlər

Orphus sistemi