Obama Ağ Evdə Nigeriya prezidenti ilə görüşüb

Obama Ağ Evdə Nigeriya prezidenti ilə görüşüb Obama Boko Haram qruplaşmasının hücumlarından narahat olduğunu vurğulayıb
Digər ölkələr
21 İyul , 2015 02:32
Obama Ağ Evdə Nigeriya prezidenti ilə görüşüb

Bakı. 21 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Nigeriyalı həmkarı Muhammadu Buhari ilə Ağ Evdə bir araya gələrək, Boko Haram hərbi qruplaşmasının törətdiyi təhlükə və digər məsələləri müzakirə edib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Nigeriyanın dünyanın ən əhəmiyyətli ölkələrindən biri olduğunu bildirən Obama əlavə edib ki, keçirilən son seçkilər və hakimiyyətin dinc dəyişilməsi Nigeriyanın demokratik dəyərlərə sadiqliyini təsdiq edir.

Obama Boko Haram qruplaşmasının hücumlarından narahat olduğunu və prezident Buharinin bu hərbi qruplaşmanı məğlub etmək, o cümlədən, Nigeriyanın iqtisadi dirçəlişinə mane olan korrupsiyanın aradan qaldırmaq üçün əhatəli proqramları olduğuna ümid etdiyini söyləyib.

Bu, may ayında prezidentlik vəzifəsinin icrasına başlayan Buharinin Vaşinqtona ilk səfəridir. Ağ Ev rəsmiləri bu səfərin iki ölkə arasında əməkdaşlığın güclənməsi və genişlənməsinə xidmət etdiyini bidirib.

Həm ABŞ, həm də Nigeriya münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Nəzərinizə çatdıraq ki, Nigeriyanın keçmiş prezidenti Qudlak Conatanın hakimiyyəti dövrü ABŞ-ın Boko Haram qruplaşmasına qarşı mübarizə üçün təklif etdiyi dəstək rədd edilmişdi.

Son xəbərlər

Orphus sistemi