Obama administrasiyası Konqresdə İranla razılaşmaya dəstək səylərini intensivləşdirir

Obama administrasiyası Konqresdə İranla razılaşmaya dəstək səylərini intensivləşdirir Prezident Obama bildirib ki, İranla razılaşma Konqresdə təsdiq olunmasa qərara veto qoyacaq
Digər ölkələr
23 İyul , 2015 21:47
Obama administrasiyası Konqresdə İranla razılaşmaya dəstək səylərini intensivləşdirir

Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ prezindenti Barak Obamanın administrasiyasının rəsmiləri İranla əldə edilmiş razılaşmaya şübhə ilə yanaşan qanunvericilərin dəstəyini qazanmaq Konqresdə səylərini gücləndirir. Bu barədə "Report" Amerikanın Səsinə istinadən xəbər verir. 

“Bu, bizim gözlədiyimiz bir gün idi, çünki biz real mahiyyətdən danışırıq və siyasətdən faktlara keçirik”- deyə ABŞ Dövlət katibi Con Kerri Senatın Xarici Əlaqələr Komitəsində dinləmədən öncə bildirib.

Kerri deyib ki, razılaşma İranı nüvə silahı istehsalından çəkindirməyin ən yaxşı yoludur. “Biz əminik ki, dünya qüdrətləri ilə əldə etdiyimiz razılaşma İranın mümkün nüvə silahı istehsalının qarşını alacaq, bizim regionda dostlarımız və müttəfiqlərimizi və dünyanı daha təhlükəsiz edəcək. Biz əminik ki, heç bir ciddi alternativin olmaması bu faktı təsdiq edir”-deyə Con Kerri bildirib.

ABŞ Konqresinin razılaşmanı təsdiq, ya da rədd etməsi üçün sentyabr ayının ortalarına qədər vaxtı var. İranla razılaşmada nüvə proqramının məhdudlaşdırılması müqabilində Tehrana qarşı sanksiyaların qaldırılması nəzərdə tutulur.

Prezident Obama razılıq Konqresdə təsdiq olmasa qərara veto qoyacağına söz verib.

Son xəbərlər

Orphus sistemi