​Obama: "ABŞ Yunanıstanın yeni hökuməti ilə sıx əməkdaşlıq etmək istəyir"

​Obama: "ABŞ Yunanıstanın yeni hökuməti ilə sıx əməkdaşlıq etmək istəyir" "ABŞ köhnə dost və müttəfiq kimi yeni yunan hökuməti ilə sıx birgə işə səy göstərir"
Digər ölkələr
29 Yanvar , 2015 08:35
​Obama: ABŞ Yunanıstanın yeni  hökuməti ilə sıx əməkdaşlıq etmək istəyir

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların yeni yunan hökuməti ilə sıx əməkdaşlığa səy göstərdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

Obama Yunanıstanın yeni baş naziri Aleks Sipras ilə telefon söhbəti zamanı qeyd edib ki, ABŞ "köhnə dost və müttəfiq kimi yeni yunan hökuməti ilə sıx birgə işə səy göstərir və Yunanıstana uzunmüddətli çiçəklənmə yoluna qayıtmaqda kömək etməyə hazır olduğunu bildirib", - deyə məlumatda qeyd olunub.

Ötən həftə Yunanıstanda keçirilən parlament seçkilərində partiyasının qalib gəlməsi nəticəsində baş nazir olan Sipras ölkəsinin Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı qarşısında yaranan 240 milyrd avroluq borcun yenidən nəzərdən keçirilməsi mövqeyindən çıxış edir.

Son xəbərlər

Orphus sistemi