​Obama: "ABŞ Türkiyədə dövlət çevrilişinə hazırlıq cəhdindən xəbərsiz olub"

​Obama: "ABŞ Türkiyədə dövlət çevrilişinə hazırlıq cəhdindən xəbərsiz olub" Türkiyədə belə şayiələrin yayılması insanlarımız üçün risk yaradır
Digər ölkələr
22 İyul , 2016 21:12
​Obama: ABŞ Türkiyədə dövlət çevrilişinə hazırlıq cəhdindən xəbərsiz olub

Bakı. 22 iyul. REPORT.AZ/ "ABŞ əvvəlcədən Türkiyədə hazırlanan dövlət çevrilişinə cəhddən xəbərsiz olub və onun bu cəhdlə heç bir aidiyyəti olmayıb". 

"Report"un məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

"Bizim dövlət çevrilişinə cəhddən məlumatlı olmağımız barədə istənilən məlumatlar, habelə ABŞ-ın bu məsələdə hər hansı iştirakı haqda söylənilənlərin hamısı tamamilə yalandır. Və mən bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bildirdim" – deyə Obama Meksika prezidenti Penya Neyo ilə danışıqların yekunları üzrə mətbuat konfransında bildirib.

"Türkiyədə belə şayiələrin yayılması insanlarımız (amerikalılar) üçün risk yaradır" – deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi