​Obama ABŞ prezidenti postu uğrunda mübarizədə Klintonun namizədliyini dəstəkləyib - VİDEO

​Obama ABŞ prezidenti postu uğrunda mübarizədə Klintonun namizədliyini dəstəkləyib - VİDEO Prezident bununla bağlı təşviqat videoçarxı hazırlayıb
Digər ölkələr
9 İyun , 2016 23:15
​Obama ABŞ prezidenti postu uğrunda mübarizədə Klintonun namizədliyini dəstəkləyib - VİDEO

Bakı. 9 iyun. REPORT.AZ/ Amerika Administrasiyasının rəhbəri demokrat Barak Obama ABŞ prezidenti postu uğrunda mübarizə aparan Hillari Klintonun namizədliyini dəstəkləyib.

"Report" xəbər verir ki, Klintonun seçki qərargahı prezidentin bununla bağlı hazırladığı təşviqat videoçarxını ictimaiyyətə təqdim edib.

"Düşünmürəm ki, haçansa kimsə bu postu tutmaq üçün bu qədər ixtisaslı olub", - deyə prezident, xüsusilə həmpartiyalı olduğu Klinton haqqında bildirib.

Klinton artıq Obamanın videoçarxına münasibət bildirib:

"ABŞ prezidenti, sizin dəstəyinizdən xoşhal oldum. Bu məndə ruh yüksəkliyi yaratdı və irəli getməyə hazıram!".

Son xəbərlər

Orphus sistemi