​Obama: "ABŞ ordusunun xaricdə hərbi xidmət etməsi keçmişdə qaldı"

​Obama: "ABŞ ordusunun xaricdə hərbi xidmət etməsi keçmişdə qaldı" "Dünya hələ sizə müraciət edəcək"
Digər ölkələr
16 Dekabr , 2014 09:41
​Obama: ABŞ ordusunun xaricdə hərbi xidmət etməsi keçmişdə qaldı

Bakı. 16 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Nyu-Cersi ştatında Əfqanıstanda hərbi xidmətdən qayıdan 3 min hərbçi qarşısında çıxış edərək deyib ki, Amerika ordusunun xaricdə irimiqyaslı əməliyyatlarda iştirak etməsi keçmişdə qalıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Quru qoşunlarımızın dövlət quruculuğuna yardım məqsədi ilə xaricdə yerləşdiriliməsi sona çatır. Hərb qüvvələrimiz daha yığcam olacaq. Ali baş komandan kimi əmin olmaq istəyirəm ki, siz qarşınıza qoyulan bütün tapşırığı yerinə yetirməyə hazır olacaqsınız. Biz daha hazırlıqlı olmalı, başlıcası isə hərb tariximiz ərzində ən müasir hərbi texnikaya yiyələnməliyik. Çünki dünya hələ sizə müraciət edəcək".

Xatırladaq ki, ABŞ və müttəfiqləri ordusu bu il dekabrın 7-də Əfqanıstanda hərbi xidməti rəsmi olaraq başa vurub.

Son xəbərlər

Orphus sistemi