Obama: ABŞ Israilin İranla bağlı təklifləri ilə razılaşmır

Obama: ABŞ Israilin İranla bağlı təklifləri ilə razılaşmır "İsrailin tələbi fundamental səhvin nəticəsindir"
Digər ölkələr
7 Aprel , 2015 03:15
Obama: ABŞ Israilin İranla bağlı təklifləri ilə razılaşmır

Bakı. 7 aprel. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa) və Almaniyadan ibarət "altılıq" ölkələri ilə İranla arasında aparılan danışıqlarda real nəticəsinin ancaq rəsmi Tehran İsrail dövlətinin varlığını tanıdıqdan sonra əldə olunması tələbi Ağ Evdə dəstək tapmayıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama bildirib ki, İranla danışıqları "İsraili tanıma şərtinə" bağlama təklifi qəbul edilməzdir.

"Əyər biz belə bir tələbi gündəmə gətirsək, yekun razılaşmanı ancaq İranda rejim dəyişəndən sonra imzalayacağımızı əvvəlcədən qəbul etməli olacağıq. Bu isə fundamental səhv görüşün nəticəsindir", - deyə B.Obama vurğulayıb.

Son xəbərlər

Orphus sistemi