Obama: Çinin münaqişələri güc yoluyla həll etmə kursundan narahatıq

Obama: Çinin münaqişələri güc yoluyla həll etmə kursundan narahatıq "Çin rəhbərliyi heç də hər zaman beynəlxalq hüquq normalarına əməl etmir"
Digər ölkələr
10 Aprel , 2015 05:03
Obama: Çinin münaqişələri güc yoluyla həll etmə kursundan narahatıq

Baku. 10 April. REPORT.AZ/ ABŞ, Çinin Cənubi-Şərqi Asiyadaki siyasətindən narahatdır və hesab edir ki, rəsmi Pekin ərazi iddialarına əsaslanan münaqişələri güc tətbiq etmədən həll etməlidir. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Yamaykaya səfər edən Ağ Ev başçısı Barak Obama deyib.

Onun sözlərinə görə, Çin rəhbərliyi heç də hər zaman beynəlxalq hüquq normalarına əməl etmir.

Obama hesab edir ki, Çin qonşu dövlətlərə "əzələ nümayiş etdirərək" onları özündən asılı vəziyyətə salmaq istəyir. "Cənubi Çin və Şərqi Çin dənizlərində yerləşən adalarla bağlı yaşanan narazılıqları diplomatik yolla həllini mümkündür. Əyər Fillipinlər və yaxud Vyetnam ərazi olaraq Çindən kiçikdirsə, bu onları "itələməyə" əsas vermir", - deyə ABŞ prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi