​Nyu-Yorkun mərkəzində atışma nəticəsində bir nəfər ölüb

​Nyu-Yorkun mərkəzində atışma nəticəsində bir nəfər ölüb Atışma küçədə başlayıb, daha sonra silahlı naməlum şəxs metroya keçib
Digər ölkələr
9 Noyabr , 2015 20:55
​Nyu-Yorkun mərkəzində atışma nəticəsində bir nəfər ölüb

Bakı. 9 noyabr. REPORT.AZ/ Nyu-Yorkun mərkəzində, metro stansiyası yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ilkin məlumata görə, atışma küçədə başlayıb, daha sonra silahlı naməlum şəxs metroya keçib.

Məlumata görə, ölən və yaralanan kişilər yerli klinikaya gələn narkotik aludəçiləri olublar.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi