Nyu-Yorkda konsert salonunda baş vermiş atışmada 3 nəfər yaralanıb, 1 nəfər ölüb

Nyu-Yorkda konsert salonunda baş vermiş atışmada 3 nəfər yaralanıb, 1 nəfər ölüb Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir
Digər ölkələr
26 May , 2016 08:05
Nyu-Yorkda konsert salonunda baş vermiş atışmada 3 nəfər yaralanıb, 1 nəfər ölüb

Bakı. 26 may. REPORT.AZ/ Naməlum şəxs reper T.I-nın Nyu-Yorkdakı Irving Plazada konseti zamanı salondakı insanlara atəş açıb. 

"Report"un məlumatına görə, bu barədə "Associated Press" agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə dünən yerli vaxtla saat 22:12-də baş verib.

Nəticədə üç kişi və bir qadın yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri haqda məlumat verilmir. Polis hadisəni törədən şəxsin axtarışına başlayıb.   

Son xəbərlər

Orphus sistemi