Nyu-Yorkda qar çovğunu səbəbindən fövqəladə vəziyyət elan olunub

Nyu-Yorkda qar çovğunu səbəbindən fövqəladə vəziyyət elan olunub Şəhər meri sürücüləri şəxsi avtomobillərindən istifadə etməməyə çağırıb
Digər ölkələr
23 Yanvar , 2016 20:50
Nyu-Yorkda qar çovğunu səbəbindən fövqəladə vəziyyət elan olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Nyu-York rəhbərliyi qar çovğunu səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.

“Report” “New York Times” nəşrinə istinadən xəbər verir ki, şəhər meri Endryu Kuomo sürücüləri şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırıb.

“Yollar çox, çox pisdir”, — deyə o yerli televiziyanın efirində bildirib.

Yerüstü şəhər nəqliyyatının işi günün ikinci yarısında dayandırılacaq.

Qar çovğunu ABŞ-da artıq 9 nəfərin ölümünə və ölkənin bütün Şərq sahili boyunca 8 mindən çox aviareysin təxirə salınmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi