Nyu-Yorkda iki polisi qətlə yetirən şəxs öldürülən afroamerikalılara görə qisas alırmış

Nyu-Yorkda iki polisi qətlə yetirən şəxs öldürülən afroamerikalılara görə qisas alırmış Ötən gün Nyu-Yorkda iki polis əməkdaşını qətlə yetirdikdən sonra intihar edən şəxsin kimliyi məlum olub
Digər ölkələr
21 Dekabr , 2014 08:14
Nyu-Yorkda iki polisi qətlə yetirən şəxs öldürülən afroamerikalılara görə qisas alırmış

Bakı. 21 dekabr. REPORT.AZ/ Ötən gün Nyu-Yorkda iki polis əməkdaşını qətlə yetirdikdən sonra intihar edən şəxsin kimliyi məlum olub.

"Report" Lenta.Ru-ya istinadən xəbər verir ki, tapança ilə silahlanaraq Bruklin rayonunda polis maşınına yaxınlaşan 28 yaşlı afroamerikalı İsmayıl Abdullah Brinsli, gözlənilmədən atəş açmağa başlayıb.

Qısa müddət sonra isə məlum olub ki, İ.A.Brinsli dünən səhər daha bir cinayətə imza ataraq birlikdə yaşadığı qadını da qətlə yetirib.

Cinayətlərinin səbəbləri haqda öz Instagram səhifəsində məlumat paylaşan İ.A.Brinsli, yazıb: "Bu donaqlazlara bu gün qanad taxacam. Onlar bizim aramızdan bir nəfəri apardılar, biz də bunun müqabilində ikisini alarıq".

Son xəbərlər

Orphus sistemi