Nyu Dehlidə ABŞ dövlət katibi qalan hoteldə bıçaqlı şəxs saxlanılıb

Nyu Dehlidə ABŞ dövlət katibi qalan hoteldə bıçaqlı şəxs saxlanılıb Hotel mühafizəçiləri saxlanılan şəxsi şəhər polisinə təhvil veriblər
Digər ölkələr
1 Sentyabr , 2016 17:31
Nyu Dehlidə ABŞ dövlət katibi qalan hoteldə bıçaqlı şəxs saxlanılıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Hindistan paytaxt Nyu Dehlinin polis əməkdaşları ABŞ dövlət katibi Con Kerrinin qaldığı "Hotel Leela" mehmanxanasında bıçaqla silahlanmış şəxsi saxlayıb.

"Report"un "İndia Today" nəşrinə istinadən verdiyi xəbərə görə, 56 yaşlı Udey Ratra hotel əməkdaşları ilə münasibətdə özünü etikadan kənar aparıb və buna görə də ondan dərhal mehmanxananı tərk etmək tələb olunub. Hotel mühafizəçiləri saxlanılan şəxsi şəhər polisinə təhvil verib və o, polis bölməsində ABŞ dövlət katibini müşayiət edən qrupun əməkdaşlarının iştirakı ilə sorğu-sual edilib.

Xatırladaq ki, saxlanılan şəxs eyni addımlarına görə buna qədər də otelin "qara siyahısı"na düşüb.

Son xəbərlər

Orphus sistemi