Nyu Dehli yaxınlığındakı təyyarə qəzasında ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

Nyu Dehli yaxınlığındakı təyyarə qəzasında ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB "Super King" təyyarəsinin göyərtəsində 10 nəfər olub
Digər ölkələr
22 Dekabr , 2015 11:22
Nyu Dehli yaxınlığındakı təyyarə qəzasında ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

Bakı. 22 dekabr. REPORT.AZ/ Hindistan Sərhəd Qoşunlarına məxsus təyyarənin paytaxt Nyu Dehlidəki hava limanında qəzaya uğraması nəticəsində ölənlərin sayı 10-a çatıb. "Report" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat verib.

***10:17

Bakı. 22 dekabr. REPORT.AZ/ Hindistan Sərhəd Qoşunlarına məxsus kiçik təyyarənin paytaxt Nyu Dehli hava limanında qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, "Super King" təyyarəsinin göyərtəsində 10 nəfər olub. Qəza təyyarənin yenicə havaya qalxdığı zaman baş verib. Aşağı düşərkən təyyarə divara çırpılıb, sonra texniki su bəndinə düşüb və yanıb.

Qəza yerinə ölkənin daxili işlər naziri Racnath Sinqh də gəlib.

Son xəbərlər

Orphus sistemi