​"Nüsra cəbhəsi" terror qruplaşması adını dəyişərək "Əl-Qaidə"dən ayrılıb

​"Nüsra cəbhəsi" terror qruplaşması adını dəyişərək "Əl-Qaidə"dən ayrılıb Qruplaşma adını "Cəbhat Fəth əş-Şam"a dəyişib
Digər ölkələr
28 İyul , 2016 22:07
​Nüsra cəbhəsi terror qruplaşması adını dəyişərək Əl-Qaidədən ayrılıb

Bakı. 28 iyul. REPORT.AZ/ Suriya ərazisində fəaliyyət göstərən "Cəbhət ən-Nüsra" terror qruplaşması ("Nüsra cəbhəsi") adını "Cəbhat Fəth əş-Şam"a dəyişərək "Əl-Qaidə"dən ayrıldığı elan edib.

"Report"un məlumatına görə, "Daily Star" qəzeti yazır ki, bu barədə qərarı qruplaşma lideri Əbu Məhəmməd əl-Culani elan edib.

"Biz "Cəbhat ən-Nüsra" adı altında aparılan bütün əməliyyatlardan imtina etdiyimizi və "Cəbhət Fəth əş-Şam" adlı yeni qruplaşmanın yaradıldığını bəyan edirik. Yeni təşkilat heç bir xarici qruplaşma ilə əlaqəsi yoxdur", - deyə "Al Jazeera" telekanalı Culaninin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi