​Norveçdə qaçqınlar üçün mərkəzdə yanğın baş verib

​Norveçdə qaçqınlar üçün mərkəzdə yanğın baş verib Xəsarət alan yoxdur, binaya ciddi ziyan dəyib
Digər ölkələr
20 Dekabr , 2015 19:37
​Norveçdə qaçqınlar üçün mərkəzdə yanğın baş verib

Bakı. 20 dekabr. REPORT.AZ/ Norveçin Skafso qəsəbəsində yerli hakimiyyətin qaçqınları yerləşdirməyi planlaşdırdığı binada yanğın baş verib.

"Report" "Dagbladet" nəşrinə istinadən xəbər verir ki, yanğın söndürülüb, xəsarət alan yoxdur, lakin alov binaya ciddi ziyan vurub.

"Biz yanğının hansı səbəbdən baş verdiyini hələ ki, bilmirik və yandırılma da daxil olmaqla bir neçə variant üzərində işləyirik", — deyə yerli polis idarəsinin nümayəndəsi Quro Silyan bildirib.

Son xəbərlər

Orphus sistemi