Norveçdə qəzaya uğrayan helikopterin sərnişinləri həlak olub - YENİLƏNİB

Norveçdə qəzaya uğrayan helikopterin sərnişinləri həlak olub - YENİLƏNİB Helikopterin hissələri suyun 7-9 metr dərinliyindən çıxarılıb
Digər ölkələr
29 Aprel , 2016 16:12
Norveçdə qəzaya uğrayan helikopterin sərnişinləri həlak olub - YENİLƏNİB

Bakı. 29 aprel. REPORT.AZ/ "Helikopterin qəzaya uğraması nəticəsində sərnişinlərin hamısı həlak olub. Bəzi səbəblərə görə, onların sayını hələlik açıqlaya bilmirik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Norveç hüquq-mühafizə orqanlarının təmsilçisi Murten Kronen bildirib. O, ölənlərin cəsədlərini qurudan aşkarladıqlarını vurğulayıb. Polisin məlumatına görə, helikopterin hissələri suyun 7-9 metr dərinliyindən çıxarılıb.

Qeyd edək ki, helikopter operatoru "Statoil" dövlət neft şirkəti olan "Gullfaks B" neft-qaz platformasından Norveçin Bergen hava limanına doğru hərəkət edirmiş.

*** 15:06

Norveçin qərb sahillərində göyərtəsində 15 sərnişin olan helikopter qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin ikinci böyük şəhəri Bergen yaxınlığında baş verib.

Hadisə şahidləri bir neçə nəfəri suda, helikopteri isə kiçik adada gördüklərini deyiblər.

Xəsarət alan və ölənlər haqda məlumat yayılmayıb.

Qəzaya uğrayan helikopter neft şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi